» » » Azərbaycanda bioloji və texnoloji əsaslandırmanın qeydiyyatına görə dövlət rüsumu tutulacaq

Azərbaycanda bioloji və texnoloji əsaslandırmanın qeydiyyatına görə dövlət rüsumu tutulacaq

Azərbaycanda bioloji və texnoloji əsaslandırmanın qeydiyyatına görə dövlət rüsumu tutulacaq
Azərbaycanda akvakultura subyektlərinin hazırladığı bioloji və texnoloji əsaslandırmanın qeydiyyatına görə dövlət rüsumu tutulacaq.

“Report”un xəbərinə görə, Milli Məclisin bu gün keçirilən payız sessiyasının ilk iclasında “Dövlət rüsumu haqqında” qanununa dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsi qanuna 18.69-cu maddəsinin əılavə edilməsi ilə bağlıdır. Əlavə maddəyə əsasən, akvakultura subyektləri tərəfindən hazırlanan bioloji və texnoloji əsaslandırmanın qeydiyyatına görə 50 manat dövlət rüsumu tutulacaq.

Məsələ səsə qoyularaq qəbul edilib.