» » » Mülki Prosessual Məcəllədə dəyişiklik edilib

Mülki Prosessual Məcəllədə dəyişiklik edilib

Mülki Prosessual Məcəllədə dəyişiklik edilib
Milli Məclisin bu gün keçirilən plenar iclasında Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi təklifi müzakirəyə çıxarılıb.

ucarliyiq.biz - in xəbərinə görə, dəyişiklik layihəsində məcəlləyə 4.4-cü, 138.5-ci və 272.4-1-ci maddələrinin əlavə edilməsi nəzərdə tutulub.

Dəyişiklik layihəsinə əsasən, iqtisadi mübahisələr ilə bağlı iddia ərizələri, ərizələr, şikayətlər və digər sənədlər məhkəməyə yazılı formada və ya "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə "Elektron imza və elektron sənəd haqqında" qanunda nəzərdə tutulmuş elektron sənəd formasında veriləcək.

İqtisadi mübahisələr üzrə işdə iştirak edən şəxslər "Elektron məhkəmə" informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə bildirişləri bu şəxslərin həmin sistemdə yaradılmış elektron kabinetlərində yerləşdirilir və onlara bu barədə məlumat elektron qaydada (elektron poçt və ya SMS vasitəsilə) çatdırılacaq.

İqtisadi mübahisələr üzrə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısı aparılır. Məhkəmə iclasında sədrlik edən tərəfləri və işdə iştirak edən digər şəxsləri bu barədə xəbərdar edir. Məhkəmə iclasının video-audio yazısına dair məlumat məhkəmə iclasının protokolunda göstərilir və həmin yazı maddi daşıyıcıda protokola əlavə olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının video-audio yazısı ilə tanış olmaq hüququna malikdirlər.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.