» » » Nepal Azərbaycana yeni səfirini təyin edib

Nepal Azərbaycana yeni səfirini təyin edib

Nepal Azərbaycana yeni səfirini təyin edib
Nepal həm də Azərbaycana məsul olan Rusiyaya yeni səfirini təyin edib.

ucarliyiq.biz RİA "Novosti"yə istinadən xəbər verir ki, Nepal prezidenti Bidhya Devi Bhandari bu vəzifəyə Rişi Ram Qhimireni təyin edib.

Prezident Rişi Ram Qhimireni hökumətin tövsiyəsi əsasında təyin edib. Yeni səfir barədə yalnız onun buna qədər ölkəsinin Xarici İşlər Nazirliyinin katibliyində çalışdığı məlumdur.

Qeyd edək ki, 2012-2016-cı illər ərzində Nepalın Rusiyadakı və o cümlədən Azərbaycandakı səfiri vəzifəsini Ravi Mohan Sapkota Kopila icra edib.