» » » Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək

Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək

Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək
Macarıstan xarici işlər nazirinin müavini, bu ölkənin Azərbaycandakı keçmiş səfiri Jolt Çutora gələn həftə Bakıya səfər edəcək.

Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotskinin ucarliyiq.biza verdiyi məlumata görə, səfər oktyabrın 10-11-də baş tutacaq.

Səfər zamanı J.Çutora Bakıda bir sıra görüşlər keçirəcək, eləcə də Azərbaycan-Macarıstan hökumətlərarası komissiyanın növbəti iclasında iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan tərəfdən hökumətlərarası komissiyanın həmsədri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevdir.