» » » Azərbaycanın hərbi prokuroru: "Aprel döyüşləri ilə bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir"

Azərbaycanın hərbi prokuroru: "Aprel döyüşləri ilə bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir"

Azərbaycanın hərbi prokuroru: "Aprel döyüşləri ilə bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir"
"Ermənistan silahlı qüvvələri tərəfindən аprelin 2-dən 5-dək Azərbaycanın yaşayış məntəqələrinə və mülki əhalisinə qarşı qadağan olunmuş mərmilərdən istifadə etməsi faktına görə, Respublika Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki və daha çox şəxsi öldürməyə cəhd etmə), 29,120.2.12-ci (milli, irqi, dini ədavət və düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd etmə) və 116.0.16-cı (Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə qadağan edilmiş silahları, müharibə vasitələrini və üsullarını silahlı münaqişələrdə tətbiq etmə) maddələri ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir".

ucarliyiq.biz - in xəbərinə görə, bunu Azərbaycan Respublikası baş prokurorunun müavini – hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

O bildirib ki, iş üzrə hadisə yeri mütəxəssislərin iştirakı ilə müayinə edilib və çoxsaylı ekspertizalar təyin olunub: "Aprel ayında cəbhə bölgəsində baş vermiş insidentlə bağlı Ermənistan silahlı qüvvələri tərəfindən milli ədavət və düşmənçilik niyyəti ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının qəsdən öldürülmələri və qəsdən öldürməyə cəhd faktlarına görə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4, 29,120.2.7, 29,120.2.12, 120.2.7 və 120.2.12-ci maddələri ilə başlanmış cinayət işi üzrə yaradılmış istintaq-əməliyyat qrupunun üzvləri xidməti vəzifələrini gərgin şəraitdə, yüksək peşəkarlıqla yerinə yetirərək, qısa müddət ərzində çoxsaylı istintaq hərəkətlərinin icrasını təmin etmişlər.

Hərbi prokuror qeyd edib ki, bu il аprelin 2-dən 5-dək təcavüzkar Ermənistanın silahlı qüvvəlləri işğal altında saxladıqları ərazini bir qədər də genişləndirməyə və Silahlı Qüvvələrimizin mövqelərinə doğru irəliməyə cəhd göstərərək geniş müharibə təhlükəsi yaratdı. Silahlı Qüvvələrimiz böyük cəsurluq və şücaət göstərərək, öz mövqelərini qorudu, həm də düşməni öz əvvəlki mövqelərindən də geri oturdaraq bəzi mühüm strateji məntəqələri işğaldan azad etdi. Bu döyüş əməliyyatlarında Azərbaycan hərbçilərinin göstərdiyi şücaət və qəhrəmanlıq ordumuzun torpaqlarımızı azad etməyə qadir olduğunu, yüksək döyüş qabiliyyətini, özlərinin yüksək döyüş ruhunu və vətənpərvərlik mövqelərini, qələbə əzmində olduqlarını əyani nümayiş etdirdi. Ali baş komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı və xalqın mübarizliyi Azərbaycanın hərbi üstünlüyünü təmin etdi".