» » » Müsavat başqanının müavini azadlığa buraxılıb

Müsavat başqanının müavini azadlığa buraxılıb

Müsavat başqanının müavini azadlığa buraxılıb
Bakı. 4 oktyabr.REPORT.AZ/ Müsavat Partiyası başqanının müavini Fərəc Kərimli azadlığa buraxılıb

ucarliyiq.biz - in xəbərinə görə, bu barədə partiya başqanı Arif Hacılı məlumat verib.

Belə ki, F.Kərimli Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik saxlama) maddəsi ilə ittiham olunaraq 2014-cü ildə həbs edilib və o, 6 il 6 ay azadlıqdan məhrum olunub. Sonradan ona verilmiş ittiham 234.1-ci maddəyə tövsif olunub və cəzası 3 ilə endirilib.

Bu il Milli Məclisin (MM) deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May - Respublika Günü münasibəti ilə amnistiya elan edilib. F.Kərimli də həmin amnistiyaya düşüb.