» » » ATƏT MQ Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ münaqişəsiylə bağlı görüşməyə razılığını gözləyir

ATƏT MQ Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ münaqişəsiylə bağlı görüşməyə razılığını gözləyir

ATƏT MQ Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ münaqişəsiylə bağlı görüşməyə razılığını gözləyir
ATƏT-in Minsk Qrupunun (MQ) həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin - İlham Əliyev və Serj Sarqsyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşə razılıq verəcəyinə ümid edir.

ucarliyiq.biz RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ATƏT MQ-nin ABŞ-dan olan həmsədri Ceyms Uorlik bildirib.

"Prezidentlərin növbəti görüşlə bağlı razılıq verəcəyinə ümid edirik. Bu ana görə, növbəti görüşün tarixi və yeri məlum deyil", - deyə, o vurğulayıb.

Onun sözlərinə görə, həmsədrlər münaqişənin həlli üzrə onun tərəfləriylə işləməkdə davam edir.