» » » Ukrayna səfiri: "Həll olunmamış münaqişələrlə bağlı status-kvo qəbuledilməzdir"

Ukrayna səfiri: "Həll olunmamış münaqişələrlə bağlı status-kvo qəbuledilməzdir"

Ukrayna səfiri: "Həll olunmamış münaqişələrlə bağlı status-kvo qəbuledilməzdir"
"Azərbaycan Ukraynanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həmişə tanıyıb və dəstəkləyib".

ucarliyiq.biz - in məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko Ukraynanın müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.

Səfir bu dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib: "Azərbaycan işğal faktının nə olduğunu əksər dövlətlərdən yaxşı bilir".

"Bu gün Ukrayna müstəqilliyinin 25-ci ildönümünü çox çətin zamanda qeyd edir. Çünki Ukraynanın bir hissəsi işğal edilib. Bunun nəticəsində çoxlu sayda dinc sakinlər öldürülüb" - A.Mişenko deyib.

Səfir Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovadakı həll olunmamış münaqişələrə toxunaraq, indiki vəziyyətdə status-kvonun qəbuledilməz olduğunu vurğulayıb: "Dünya ictimaiyyətinin bu münaqişələrin həllini tapması üçün daha fəal olacağına ümid edirəm".