» » » Elmar Məmmədyarov: "Azərbaycan Əfqanıstana dəstəyini davam etdirməyə sadiqdir"

Elmar Məmmədyarov: "Azərbaycan Əfqanıstana dəstəyini davam etdirməyə sadiqdir"

Elmar Məmmədyarov: "Azərbaycan Əfqanıstana dəstəyini davam etdirməyə sadiqdir"
"Azərbaycan 25 ildir həll olunmamış münaqişədən ciddi əziyyət çəkən ölkə kimi, Əfqanıstanın problemlərini yaxından başa düşür. Biz hamımız Əfqanıstana göstərdiyi səylərdə və problemlərinin həll olunmasında tam dəstək olmalıyıq".

Nazirlikdən ucarliyiq.biza verilən məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 5-də Avropa İttifaqının keçirdiyi Əfqanıstana dair Brüssel konfransında çıxışı zamanı bildirib.

Nazir deyib ki, Azərbaycan bu məqsədlə bəlkə də Əfqanıstanı ilk, ən yaxın və fəal şəkildə dəstəkləyən ölkələr sırasındadır: "Biz bunu daha çox ikitərəfli əsasda, daimi danışıqlar və Əfqanıstan hökumət rəsmiləri ilə görüşlər vasitəsilə, həmçinin NATO da daxil olmaqla, digər beynəlxalq platformalar çərçivəsində həyata keçiririk. Biz ərazilərin minalardan təmizlənməsi, təhsil də daxil olmaqla, əfqan təhlükəsizlik qüvvələri və dövlət qulluqçuları və digər fəaliyyət sahələri üçün əsaslı təlimlərin keçirilməsini davam etdiririk. Bu yaxınlarda Prezident İlham Əliyev Azərbaycan və Əfqanıstan arasında xüsusilə təhlükəsizlik sahəsində bir neçə milyonluq yardım haqqında sazişi təsdiq edib. Onun həyata keçirilməsinə artıq başlanılıb. Bizim hərbi birləşmələrimiz Qətiyyətli Dəstək Missiyasında xidmət edir və biz NATO Etimad Fondu vasitəsilə əfqan ordusuna maliyyə yardımı göstəririk. Mənim ölkəm Əfqanıstanda beynəlxalq əməliyyatların həyata keçirilməsi üçün əsas tranzit yoludur və bəzi hallarda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri üçün bütöv tranzit yollarının 30 faizi Azərbaycandan keçib".

E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan həmişə təhlükəsizliyə dair səylərin iqtisadi inkişafla gücləndirilməsini dəstəkləyib: "Qədim İpək Yolunun canlandırılması əminliklə bunu həyata keçirə bilər. Azərbaycan, Gürcüstan və Türkiyə Bakı yaxınlığında yeni beynəlxalq dəniz limanı ilə birləşən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini tamamlamaq üzrədirlər və Mərkəzi Asiya ölkələrinin buraya cəlb olunması Əfqanıstanı Uzaq Şərq və Şimali Avropa arasında tranzit yolun mərkəzinə çevirəcək. Azərbaycan bu günkü konfransımızın yekun kommünikesində aydın şəkildə göstərildiyi kimi, Əfqanıstanın həyata keçirdiyi dövlət və müvafiq təsisatların qurulması prosesinə tam dəstəyini davam etdirməyə sadiqdir".