» » » Əli Rəsul Usul: "Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də vacibdir"

Əli Rəsul Usul: "Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də vacibdir"

Əli Rəsul Usul: "Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də vacibdir"
"Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması həm də Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vacibdir".

ucarliyiq.biz xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əli Rəsul Usul Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi Respublikanın müstəqilliyin 25 illiyinə həsr olunmuş konfransın suallar-cavablar sessiyasında deyib.

"Rusiya və Türkiyəyə qarşı həll edilməmiş məsələlərlə bağlı suallar var. Buna baxmayaraq, münasibətlərimizdə inkişaf var. Çünki ölkələrin bir-birinə ehtiyacı var" - Əli Rəsul Usul bildirib.

O vurğulayıb ki, Rusiya təyyarəsinin vurulmasından sonra Türkiyə ilə Rusiya arasında münasibətlər pisləşsə də, diplomatik əlaqələr davam etdirilib.

"Bu gün Suriya, Krım və Donbass məsələlərində mövqelərimiz üst-üstə düşmür", - deyə mərkəz rəhbəri söyləyib.