» » » Səfir: "Azərbaycan və Türkmənistan turizm əlaqələrinin inkişafı üçün böyük potensiala malikdir"

Səfir: "Azərbaycan və Türkmənistan turizm əlaqələrinin inkişafı üçün böyük potensiala malikdir"

Səfir: "Azərbaycan və Türkmənistan turizm əlaqələrinin inkişafı üçün böyük potensiala malikdir"
"Azərbaycan və Türkmənistan arasında yaxşı münasibətlər var. Bu, iki ölkə liderlərinin və xalqlarının səyləri nəticəsində əldə edilib".

ucarliyiq.biz xəbər verir ki, bunu Türkmənistanın xüsusi işlər üzrə səfiri Murad Nəzərov Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş "Qlobal və regional arenada Azərbaycanın rolu: reallıqlar və perspektivlər" mövzusunda konfransda deyib.

O, Azərbaycanın və Türkmənistanın bu günə qədər 55 müxtəlif saziş və müqavilə imzaladığını xatırladıb.

Xəzərin hüquqi statusu problemi barədə danışan M.Nəzərov bu məsələdə iki ölkənin ortaq yanaşmasının mövcudluğunu qeyd edib: "Son sammitlərdə bir sıra təşəbbüslər irəli sürülüb. O cümlədən, nazirlər səviyyəsində görüşlərin keçirilməsi, eləcə də Xəzər İqtisadi Forumunun yaradılması təklif edilib. Həmçinin, Xəzər Logistika Mərkəzinin yaradılması üzrə razılıq əldə olunub. Hesab edirik ki, bu layihələrin həyata keçirilməsi Xəzəryanı dövlətlər arasında əməkdaşlığı artıracaq. Üstəlik, Azərbaycan və Türkmənistan bu təşəbbüsün həyata keçirilməsinə başlayıb".

Səfir mədəni və turizm əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini də qeyd edib: "Ölkələrimiz bu sahədə böyük potensiala malikdirlər. Azərbaycanlı sərmayədarlar Xəzərin o biri tərəfinə, xüsusilə də Türkmənistanın "Avaza" turizm kompleksinə sərmayə qoymaqda maraqlıdır".

Diplomat xarici turistlərin Azərbaycana artan marağını da xüsusi vurğulayıb.