» » » Azərbaycan və İsveçrə arasında bir sıra sənəd imzalanacaq

Azərbaycan və İsveçrə arasında bir sıra sənəd imzalanacaq

Azərbaycan və İsveçrə arasında bir sıra sənəd imzalanacaq
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 9-11-də İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığına rəsmi səfər edəcək.

XİN-nin mətbuat xidmətindən ucarliyiq.biza bildirilib ki, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığının rəsmi şəxsləri ilə görüşü, Azərbaycan və İsveçrə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi məqsədilə bir sıra sənədin imzalanması nəzərdə tutulub.