» » » Ceymstaun Fondunun prezidenti: "Azərbaycan balanslı, çoxvektorlu xarici siyasət yürüdür"

Ceymstaun Fondunun prezidenti: "Azərbaycan balanslı, çoxvektorlu xarici siyasət yürüdür"

Ceymstaun Fondunun prezidenti: "Azərbaycan balanslı, çoxvektorlu xarici siyasət yürüdür"
"Qarabağda vəziyyətin dəyişməsi ABŞ-ın Azərbaycana qarşı siyasətinin daha fəal olmasına gətirib çıxarıb".

Bu sözləri ucarliyiq.biza açıqlamasında Ceymstaun Fondunun prezidenti Qlen Hovard deyib.

ABŞ və Rusiya arasında gərginlik və bunun Azərbaycanla əlaqələrə mümkün təsiri barədə danışan Q.Hovard bildirib ki, Azərbaycan həm ABŞ, həm də Rusiya ilə yaxşı münasibətləri saxlayaraq balanslı, çoxvektorlu xarici siyasət yürüdür.

"ABŞ və Rusiya arasındakı münasibətləri "soyuq müharibə" adlandırmaq olmaz. Çünki Rusiya arsenalında köhnəlmiş silahlar olan regional gücdür. Biz Azərbaycanın siyasətində hər hansı bir dəyişiklik görmürük. Amma Suriya məsələsində Türkiyənin hərbi müdaxiləsinin artması ilə çox şey dəyişə bilər. Axı, Türkiyə Azərbaycanla qardaş ölkədir", - deyə Q.Hovard vurğulayıb.