» » » Los Ancelesdə Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş poçt markası buraxılıb

Los Ancelesdə Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş poçt markası buraxılıb

Los Ancelesdə Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş poçt markası buraxılıb
Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə, ABŞ-ın Los Anceles şəhərində müvafiq poçt markası buraxılıb.

Bu barədə “Report”a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

ABŞ-n Federal Poçt Xidməti tərəfindən təsdiq olunmuş və bütün ölkə ərazisində istifadə gücünə malik poçt markasının üzərində Azərbaycan bayrağı əks etdirilib və Bakı şəhərinin müasir görünüşü fonunda “Azərbaycan: Müstəqilliyin 25 İlliyi (1991-2016)” sözləri qeyd edilib.

Markanın buraxılması Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə baş tutub.

Baş Konsulluq markanın ABŞ-da geniş şəkildə yayılmasını planlaşdırır.