» » » Yuri Uşakov: "Rusiyanın yaxın gələcəkdə Qarabağ münaqişəsinin həlli ilə bağlı nikbinliyi yoxdur"

Yuri Uşakov: "Rusiyanın yaxın gələcəkdə Qarabağ münaqişəsinin həlli ilə bağlı nikbinliyi yoxdur"

Yuri Uşakov: "Rusiyanın yaxın gələcəkdə Qarabağ münaqişəsinin həlli ilə bağlı nikbinliyi yoxdur"
Moskva Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə həll oluna biləcəyini düşünmür, amma mübahisənin sona çatdırılması üçün səylərini əsirgəməyəcək.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

"Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə həll oluna biləcəyi məsələsində böyük nikbinlik olduğunu deməzdim. Ancaq biz tərəfdaşlarımızla əməkdaşlıq şəklində Bakı və Yerevanla işləməyə davam edəcəyik", - deyə Y.Uşakov vurğulayıb.