» » » Siyavuş Novruzov: "Bəziləri müharibədə iştirak etmədiyi halda veteran vəsiqəsi alıb"

Siyavuş Novruzov: "Bəziləri müharibədə iştirak etmədiyi halda veteran vəsiqəsi alıb"

Siyavuş Novruzov: "Bəziləri müharibədə iştirak etmədiyi halda veteran vəsiqəsi alıb"
“Azərbaycanda hərc-mərclik dövründə xeyli adama veteran vəsiqəsi verilib. Amma haqqı olanlar bu vəsiqəni ala bilməyib".

“Report" xəbər verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, komitəyə bununla bağlı xeyli müraciət daxil olub: “Elə şəxslər var ki, qəhrəmancasına döyüşüb, amma bu gün də veteran vəsiqəsi ala bilməyib. Bəziləri müharibədə iştirak etmədiyi halda veteran vəsiqəsi alıb. Yəni veteran vəsiqəsi paylanılıb. Onların sayı o qədər çoxdur ki...”

S.Novruzov bildirib ki, bu məsələ müzakirə olunmalı, tədbir görülməlidir: “Hər kəs haqqını almalıdır”.