» » » Azərbaycanda yeni medal təsis edilib

Azərbaycanda yeni medal təsis edilib

Azərbaycanda yeni medal təsis edilib
Azərbaycanda Vətənin müdafiəsində şücaət və fədakarlıq göstərməklə fərqlənənlər üçün “Şücaətə görə” medalı təsis olunub.

“Report”un məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununa dəyişiklik layihəsi müzakirə çıxarılıb.

Yeni medalın Əsasnaməsinə görə, Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərən hərbi qulluqçular və vəzifə borcunu yerinə yetirən digər şəxslər bu medalla təltif ediləcəklər.

Medalın üzərində “Azərbaycan uğrunda” sözləri həkk edilib.

Dəyişiklik layihəsi müzakirəyə çıxaralaraq qəbul edilib.