» » » Sergey Lavrov: "Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilər"

Sergey Lavrov: "Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilər"

Sergey Lavrov: "Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilər"
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün əsas məqam olacaq".

ucarliyiq.biz "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Əgər birdən Ermənistan və Türkiyə Qarabağ münaqişəsi ilə bağlı olmadan razılaşmaların yerinə yetirilməsinə başlasa, biz yalnız xoşbəxt olarıq. Ancaq hiss edirik ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş əsas məqam olacaq", - deyə S.Lavrov jurnalistlərə bildirib.

Rusiyalı nazir Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya biləcəyini mühüm amil kimi qələmə verib.