» » » Prezident İlham Əliyev: “Pakistan Azərbaycan üçün ən yaxın dost və müttəfiq dövlətdir”

Prezident İlham Əliyev: “Pakistan Azərbaycan üçün ən yaxın dost və müttəfiq dövlətdir”

Prezident İlham Əliyev: “Pakistan Azərbaycan üçün ən yaxın dost və müttəfiq dövlətdir”
“Pakistan Azərbaycan üçün ən yaxın dost və müttəfiq dövlətdir”.

“Report”un xəbərinə görə, bunu Prezident İlham Əliyev Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Nəvaz Şəriflə mətbuata bəyanatla çıxışı zamanı deyib.

Dövlət başçısı xatırladıb ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir: “O zamandan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri qurulur”.

Azərbaycanla Pakistanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq qurduğunu deyən ölkə başçısı bildirib ki, iki ölkə daim bir-birinə dəstək olur: “Ölkələrimiz Kəşmir və Dağlıq Qarabağ məsələsində qarşılıqlı dəstək nümayiş etdiririr. Azərbaycan Kəşmir məsələsinin BMT-nin qətnamələri əsasında həllinin tərəfdarıdır”.

Prezident İlham Əliyev Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində eyni mövqedən çıxış etdiklərini vurğulayıb: “İşğal səbəbindən Pakistan Ermənistanla diplomatik münasibətlər qurmadı, Xocalı soyqırımını tanıdı. Azərbaycan xalqı və dövləti bütün bunları yüksək qiymətləndirir. Ona görə də iki ölkə arasında siyasi əlaqələr uğurla inkişaf edir”.

O, ticarət, sərmayə qoyuluşu, müştərək müəssisələrin yaradılması, qarşılıqlı ticarət dövriyyəsinin artırılması sahəsində müzakirələrin aparıldığını, ölkələrimiz arasında əczaçılıq, müdafiə sənayesi, kənd təsərrüfatı, turizm, nəqliyyat sahələrində əlaqələrin inkişaf etdirilməsinin vacib olduğunu qeyd edib.