» » » Sabah İranın iki hərbi gəmisi Bakıya gələcək

Sabah İranın iki hərbi gəmisi Bakıya gələcək

Sabah İranın iki hərbi gəmisi Bakıya gələcək
İranın Xəzər donanmasının iki hərbi gəmisi Bakıya gələcək.

İranın Azərbaycandakı səfirliyindən ucarliyiq.biza verilən məlumata görə, "Dəməvənd" esminesi və "Coşan" raket gəmisi Bakıya oktyabrın 18-də çatacaq.

Tanışlıq xarakterini daşıyan səfər zamanı gəmilərin heyəti Azərbaycan paytaxtı ilə tanış olacaqlar və bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə Xəzər dənizində təhlükəsizlik məsələləri müzakirə olunacaq. Ümumilikdə Bakıya bu gəmilərin 200 nəfərlik heyəti gələcək.

Gəmilər Bakıda 3 gün müddətində qalacaqlar.