» » » Milli Məclis deputatlarının yaşı açıqlanıb

Milli Məclis deputatlarının yaşı açıqlanıb

Milli Məclis deputatlarının yaşı açıqlanıb
Azərbaycan Mili Məclisində olan deputatlardan 15 nəfərinin yetmişdən çox yaşı var.

Dövlət Statistika Komitəsindən ucarliyiq.biza verilən məlumata görə, 70 və daha yuxarı yaşda olan deputatlardan 14-ü kişilərdir.

19 deputat isə 65-69 yaş arasındadır. Bu yaşda olan deputatlardan 18-i kişilərdir.

16 deputat 60-64 yaşlarındadır ki, onlardan 2-si qadındır.

17 deputat 55-59, 20 deputat 50-54, 16 deputat isə 45-49 yaşlarındadır.

Parlamentdə 25-29 yaşlarında deputat yoxdur. 30-34 yaşlarında 3, 35-39 yaşlarında 9, 40-44 yaşlarında isə cəmi 10 deputat var.

Qeyd edək ki, parlamentdə olan deputatların 16,8 faizi qadın, 83,2 faizi kişilərdir.