» » » Azərbaycan hərbçiləri NATO-nun tədbirində iştirak edir

Azərbaycan hərbçiləri NATO-nun tədbirində iştirak edir

Azərbaycan hərbçiləri NATO-nun tədbirində iştirak edir
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, oktyabrın 17-dən 20-dək İtaliyanın Brindizi şəhərində Amfibiya Qüvvələri üzrə ekspert görüşü, oktyabrın 17-dən 21-dək bu ölkənin Latina şəhərində maddi-texniki təminat sahəsində məruzələr üzrə təməl kursu keçirilir.

Bundan başqa, oktyabrın 17-də Makedoniyanın Skopye şəhərində NATO tərəfdaşlarının arxa cəbhə ekspertlərinin daimi qrupunun görüşü başlayıb. Görüş ayın 21-dək davam edəcək.

Eyni zamanda, oktyabrın 17-dən 23-dək Slovakiyanın Zemyanske Kostolani şəhərində "İlkin kütləvi qırğın silahları ilə mübarizə" kursu, oktyabrın 17-dən 27-dək Litvanın Kaunas şəhərində qərargah tibb zabitləri üçün təməl kursu, oktyabrın 17-dən 28-dək Çexiyanın Vişkov şəhərində sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi üzrə təlim kursu keçirilir.