» » » Avropa İttifaqı: "Azərbaycan 25 il ərzində əsaslı şəkildə inkişaf edib"

Avropa İttifaqı: "Azərbaycan 25 il ərzində əsaslı şəkildə inkişaf edib"

Avropa İttifaqı: "Azərbaycan 25 il ərzində əsaslı şəkildə inkişaf edib"
Avropa İttifaqı (Aİ) Azərbaycanı müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə təbrik edib.

ucarliyiq.biz xəbər verir ki, Aİ mətbuat xidmətinin bəyanatında ötən illər ərzində Azərbaycanın əsaslı şəkildə inkişaf etdiyi vurğulanıb.

"Aİ Azərbaycanla sıx əməkdaşlığı davam etdirəcək və demokratik təsisatların, qanunun aliliyinin və iqtisadi rifahın inkişafına dəstəyini əsirgəməyəcək" - bəyanatda deyilir.

Bəyanatda həmçinin vurğulanıb ki, bu il Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrinin qurulmasının 25 illiyi və Azərbaycanla Aİ arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında Sazişin imzalanmasının 20 illiyi qeyd olunur: "Aİ Azərbaycanla yeni saziş üzrə danışıqların başlanmasına və bu yaxınlarda yenidən işlənmiş Avropa Qonşuluq siyasəti və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əlaqələrin gələcək inkişafına ümid edir".