» » » ATƏT XİN başçılarının iclasının tarixi və yeri məlum olub

ATƏT XİN başçılarının iclasının tarixi və yeri məlum olub

ATƏT XİN başçılarının iclasının tarixi və yeri məlum olub
ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 23-cü iclası bu il dekabr ayının 8-9-da Almaniyanın Hamburq şəhərində keçiriləcək.

ucarliyiq.biz xəbər verir ki, iclasa ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer rəhbərlik edəcək.

Qeyd edək ki, hər ilin sonunda ATƏT XİN başçılarının iclası keçirilir. İclasın gedişində təşkilat məkanında ən aktual məsələlər nəzərdən keçirilir.

Xatırladaq ki, 2017-ci ilin yanvarın 1-dən təşkilatda sədrlik Almaniyadan Avstriyaya keçəcək.