» » » Azərbaycanın müdafiə naziri çexiyalı həmkarı ilə görüşüb

Azərbaycanın müdafiə naziri çexiyalı həmkarı ilə görüşüb

Azərbaycanın müdafiə naziri çexiyalı həmkarı ilə görüşüb
Çexiyada səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov çexiyalı həmkarı Martin Stropnitski ilə görüşüb.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Görüşdə Azərbaycan ilə Çexiya arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri, Dağlıq Qarabağ münaqişəsi, eləcə də regiondakı təhlükəsizlik məsələləri müzakirə olunub.