» » » İsrailli ekspert: "Erməni diasporu Qarabağ münaqişəsi ətrafındakı mövcud vəziyyətin əbədi davam etməsini istəyir"

İsrailli ekspert: "Erməni diasporu Qarabağ münaqişəsi ətrafındakı mövcud vəziyyətin əbədi davam etməsini istəyir"

İsrailli ekspert: "Erməni diasporu Qarabağ münaqişəsi ətrafındakı mövcud vəziyyətin əbədi davam etməsini istəyir"
"İsrail Azərbaycanla əlaqələri çox əhəmiyyətli kimi qiymətləndirir. Qeyd olunmalıdır ki, İsrail-Türkiyə münasibətlərindəki böhrana baxmayaraq, Azərbaycan ölkəmizlə sıx əlaqələri qoruyub saxlayıb".

ucarliyiq.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsrailin Təhlükəsizlik Məsələlərinin Öyrənilməsi İnstitutunun eksperti Qalliya Lindenştraus deyib.

Xanım ekspert bildirib ki, "Mavi Marmara" gəmisi ilə bağlı hadisədən altı il sonra Türkiyə və İsrail arasında münasibətlərin yaxşılaşması Azərbaycan-İsrail münasibətlərinə də müsbət təsir göstərəcək.

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini şərh edən Q.Lindenştraus aprel ayında Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində yaşanan gərginliyin dünya ictimaiyyətinə dondurulmuş olduğu deyilən münaqişələrin heç də dondurulmuş halda olmadığını, onların davam etdiyini göstərdiyini qeyd edib.

Onun fikrincə, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması Ermənistan və Azərbaycan arasında gərginliyin azalmasına da səbəb ola bilər: "Ancaq erməni diasporu Qarabağ münaqişəsi ətrafındakı mövcud vəziyyətin əbədi davam etməsini istəyir. Erməni diasporu Ermənistan hökumətindən daha radikaldır".