» » » Aİ-nin xüsusi nümayəndəsi Ermənistan prezidenti ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Aİ-nin xüsusi nümayəndəsi Ermənistan prezidenti ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Aİ-nin xüsusi nümayəndəsi Ermənistan prezidenti ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
İrəvanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran məsələləri üzrə xüsusi nümayəndəsi Gerbert Zalber Ermənistan prezidenti Serj Sarqsyan ilə görüşüb.

ucarliyiq.biz erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Serj Sarqsyanın mətbuat xidməti məlumat yayıb.

Ermənistan prezidenti və Aİ-nin xüsusi nümayəndəsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində son tendensiyalar ətrafında fikir mübadiləsi aparıblar.

Həmsöhbətlər görüş zamanı, həmçinin regional məsələləri də müzakirə ediblər.