» » » Azərbaycan XİN başçısı Xorvatiya prezidenti ilə görüşüb

Azərbaycan XİN başçısı Xorvatiya prezidenti ilə görüşüb

Azərbaycan XİN başçısı Xorvatiya prezidenti ilə görüşüb
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bakıda rəsmi səfərdə olan Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç ilə görüşüb.

Azərbaycan XİN-in mətbuat xidmətindən ucarliyiq.biza verilən məlumata görə, K.Qrabar-Kitaroviç səfərindən, Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşlərdən və iki ölkə arasında əməkdaşlığın inkişafına dair apardığı hərtərəfli müzakirələrdən dərin məmnunluq hissi keçirdiyini bildirib.

Görüş əsnasında Azərbaycan və Xorvatiya arasında ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafı, turizm, nəqliyyat, dinlər və mədəniyyətlərarası dialoqun təşviq edilməsi və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.