» » » Amerikalı həmsədr: "Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə hazırıq"

Amerikalı həmsədr: "Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə hazırıq"

Amerikalı həmsədr: "Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə hazırıq"
"ATƏT-in Minsk qrupu ATƏT-in missiyasının genişləndirilməsinə böyük əhəmiyyət verir və Azərbaycan və Ermənistan prezidentlərinin tezliklə görüşəcəyinə ümid edir".

ucarliyiq.biz xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Yerevanda keçirdiyi brifinqdə deyib.

"Səfir Anjey Kaspşikin missiyasının genişləndirilməsinin əhəmiyyətinə inanırıq. Prezidentlər bu fikirlə razılaşıb", - deyə o bildirib.

Amerikalı həmsədrin sözlərinə görə, idealda ATƏT missiyası artıq genişləndirilməli idi, lakin detalları dəqiqləşdirmək lazımdır.

C.Uorlik həmçinin həmsədrlərin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü hər an təşkil etməyə hazır olduqlarını vurğulayıb: "Prezidentlərin görüşünün konkret tarixi bəlli deyil. Prezidentlər razılığa gəlməlidirlər. Məsələnin sülh yolu ilə həllinin vaxtı yetişib. Əlimizdən gələni edəcəyik, amma qərarı ölkə başçıları verəcəklər".