» » » Böyük Britaniya baş nazirinin ticarət məsələləri üzrə elçisi Azərbaycana gələcək

Böyük Britaniya baş nazirinin ticarət məsələləri üzrə elçisi Azərbaycana gələcək

Böyük Britaniya baş nazirinin ticarət məsələləri üzrə elçisi Azərbaycana gələcək
"Böyük Britaniyanın baş nazirinin ticarət məsələləri üzə elçisi Baronessa Nikolson gələn ay Azərbaycana gələcək".

ucarliyiq.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Karol Krofts deyib.

Səfirin sözlərinə görə, noyabrın sonunda baş tutacaq səfər zamanı B.Nikolsonla birlikdə Azərbaycana İngiltərənin 20-ə yaxın şirkətinin nümayəndələri də gələcək.

Karol Krofts onu da qeyd edib ki, Azərbaycan-Böyük Britaniya hökumətlərarası komissiyasının növbəti iclası gələn il Bakıda baş tutacaq.

Xatırladaq ki, komissiyanın ilk iclası bu ilin fevralın 11-də Londonda keçirilib.