» » » Nazir müavini: "Azərbaycan regional inteqrasiya birliklərində fəal təmsil olunur"

Nazir müavini: "Azərbaycan regional inteqrasiya birliklərində fəal təmsil olunur"

Nazir müavini: "Azərbaycan regional inteqrasiya birliklərində fəal təmsil olunur"
Azərbaycan bu gün Minskdə keçirilən "UNECE (BMT Avropa İqtisadi Komissiyası - red) regionunda 2030-cu ilə qədər iqtisadi inteqrasiya və davamlı inkişafın əsasının qoyulması" konfransında iştirak edir.

ucarliyiq.biz BELTA-ya istinadən xəbər verir ki, konfransda Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov təmsil edir.

Tədbir çərçivəsində nazir müavini müasir dəyişən şəraitdə ümumi fəaliyyət strategiyasının birgə hazırlanmasının zəruriliyini vurğulayıb: "Bu məsələlər Azərbaycan üçün də vacibdir. Azərbaycan regional inteqrasiya birliklərində fəal təmsil olunur, bütün aktual məsələlər barədə fikrini söyləyir".