» » » Azərbaycan Prezidenti türkmənistanlı həmkarını təbrik edib

Azərbaycan Prezidenti türkmənistanlı həmkarını təbrik edib

Azərbaycan Prezidenti türkmənistanlı həmkarını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu göndərib.

ucarliyiq.bizun məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli Qurbanqulu Məlikquliyeviç,

Türkmənistanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Türkmənistan xalqına sülh və tərəqqi arzulayıram".