» » » Malena Mard: "Aİ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesini dəstəkləyir"

Malena Mard: "Aİ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesini dəstəkləyir"

Malena Mard: "Aİ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesini dəstəkləyir"
"Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır və ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesini dəstəkləyir".

ucarliyiq.biz xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Herbert Zalberin Bakıya səfərinı jurnalistlərə şərh edərkən deyib.

"Zalber xüsusi nümayəndə mandatı çərçivəsində müntəzəm olaraq Ermənistan və Azərbaycana səfərlər edir. O, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün çox əhəmiyyətli dəstək nümayiş etdirir. Təbii ki, Aİ üçün hər iki tərəflə təmasda olmaq vacibdir", - deyə M.Mard bildirib.