» » » Pan Afrika Parlamenti Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Pan Afrika Parlamenti Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Pan Afrika Parlamenti Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır
Azərbaycanın Efiopiyadakı səfiri və Afrika İttifaqı yanında daimi nümayəndəsi Elman Abdullayev Pan Afrika Parlamentinin yeni seçilmiş vitse-prezidenti xanım Safiya Elmi Cibril ilə görüşüb.

Azərbaycanın Efiopiyadakı səfirliyindən ucarliyiq.biza verilən məlumata görə, görüş zamanı E.Abdullayev bu vəzifəyə seçilməsi münasibətilə xanım Safiya Elmi Cibrili təbrik edib.

Səfir E.Abdullayev Azərbaycan haqqında ətraflı məlumat verərək, ölkəmizin regionun lider dövləti olduğunu, regionda irimiqyaslı layihələrin həyata keçirilməsində məhz Azərbaycanın aparıcı rol oynadığını və bir çox böyük beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini qarşı tərəfin diqqətinə çatdırıb.

Pan Afrika Parlamentinin vitse-prezidenti təmsil etdiyi və özündə 54 Afrika ölkəsini birləşdirən qurumun Azərbaycanla əməkdaşlıq etməyə maraqlı olduğunu və əməkdaşlığın aparılması üçün böyük potensialın mövcudluğunu deyib.

Görüşdə tərəflər arasında ikitərəfli münasibətlərin inkişafı perspektivləri müzakirə edildi və həm ikitərəfli əsasda, həm də digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi vacibliyi vurğulanıb.