» » » Bakıda Türkiyənin milli bayramı qeyd olunub

Bakıda Türkiyənin milli bayramı qeyd olunub

Bakıda Türkiyənin milli bayramı qeyd olunub
Bakıda Türkiyə Cümhuriyyətinin elan olunmasının 93-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.

ucarliyiq.bizun məlumatına görə, Azərbaycanın dövlət və hökumət rəsmiləri, xarici ölkələrin səfirləri, ictimaiyyətin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, Bakıda rəsmi qəbulda çıxış etmək onun üçün böyük şərəfdir.

Səfir Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın təbrik məktubunu oxuyub. Prezident bildirib ki, 93 ildən sonra Türkiyə regionun ən güclü dövlətlərdən birinə çevrilib. R.T.Ərdoğan mesajında iyulun 15-də baş verən uğursuz dövlət çevrilişi cəhdinə də toxunub: "Tükiyənin dövlətçiliyinə, demokratiyasına edilən istənilən cəhd uğursuz olacaq". İsmarıcda həmçinin Türkiyəyə dəstək verən bütün dostlara təşəkkür çatdırılıb.

Yeni Azərbaycan Partiyasının (YAP) icra-katibi, Baş nazirin müavini Əli Əhmədov Azərbaycan hökuməti və xalqı adından Türkiyə dövlətini və xalqını əlamətdar gün münasibətilə təbrik edib. O bildirib ki, 93 il bundan əvvəl Türkiyədə parçalanan bir dövlətdən vahid və əzəmətli dövlət yaradılıb. O, Türkiyə Cümhuriyyatinin yaranmasının türk xalqının qəhrəmanlığının və Mustafa Kəmal Atatürkün müdrikliyinin sintezi olduğunu vurğulayıb.

Ə.Əhmədov iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişi cəhdinə cəhdinə toxunaraq deyib ki, Türkiyə bu hadisələrdən daha da güclü çıxıb.

Baş nazirin müavini iki ölkə arasındakı əlaqələrdən də danışıb: "Bu əlaqələri ulu öndər Heydər Əliyevin müəyyən etdiyi "bir bir millət, iki dövlətik" düsturu ilə xarakterizə etmək olar. Harda Azərbaycan var, orada Türkiyə var, harada Türkiyə var, orada Azərbaycan var".