» » » Erkan Özoral: "Səfir olaraq prioritetim Türkiyə-Azərbaycan qardaşlığını inkişaf etdirməkdir"

Erkan Özoral: "Səfir olaraq prioritetim Türkiyə-Azərbaycan qardaşlığını inkişaf etdirməkdir"

Erkan Özoral: "Səfir olaraq prioritetim Türkiyə-Azərbaycan qardaşlığını inkişaf etdirməkdir"
"Türkiyənin Azərbaycandakı səfiri olaraq prioritetim iki ölkə arasında qardaşlığımızı daha inkişaf etdirmək olacaq".

“Report”un məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Regiondakı əməkdaşlığa toxunan səfir deyib ki, Azərbaycanın və Türkiyənin regionun digər ölkələri ilə əməkdaşlığı hər üç ölkəyə fayda verəcək. Onun sözlərinə görə, istər Azərbaycan-Türkiyə-Rusiya, istər Azərbaycan-Türkiyə-İran, istərsə də Azərbaycan-Türkiyə-Gürcüstan formatda olan əməkdaşlıq, regionun rifahına yol açacaq, bunu da bütün dövlətlər istəyir.

Türkiyədə FETÖ terror təşkilatı ilə mübarizəsi barədə danışan E.Özoral deyib ki, bu terror təşkilatı millətin dini hisslərindən sui-istifadə edərək, dövlət çevrilişini həyata keçirtməyə cəhd göstərib: “Ona görə də dövlət orqanlarının bu xain təşkilatdan təmizlənməsi bitməyənə qədər mübarizəmiz bitməyəcək”.

Onun sözlərinə görə, dövlətə qarşı xəyanət edənlər mütləq cəzalarını alacaqlar.