» » » Belarus prezidenti: "Azərbaycanın imici xeyli yüksəlib"

Belarus prezidenti: "Azərbaycanın imici xeyli yüksəlib"

Belarus prezidenti: "Azərbaycanın imici xeyli yüksəlib"
"Azərbaycanda hakimiyyətin öhdəsindən yaxşı gəldiyi imtahan - uğurlu referendum münasibəti ilə sizi təbrik etmək istəyirəm".

ucarliyiq.biz BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşündə deyib.

Onun sözlərinə görə, referendumun nəticələri bu çətin dönəmdə Azərbaycan xalqının hökumətə olan münasibətinin ən yaxşı sübutudur. "Bu, çox böyük qələbədir və bunun dünyada necə qiymətləndirildiyini bilirəm. Bütün söz-söhbət, dedi-qodu dərhal yox oldu, ölkənizin imici xeyli yüksəldi", - deyə prezident bildirib.