» » » Azərbaycanda dini radikalizm zəminində əməllər törədənlər ömürlük azadlıqdan məhrum ediləcəklər

Azərbaycanda dini radikalizm zəminində əməllər törədənlər ömürlük azadlıqdan məhrum ediləcəklər

Azərbaycanda dini radikalizm zəminində əməllər törədənlər ömürlük azadlıqdan məhrum ediləcəklər
Azərbaycanda dini düşmənçilik, radikalizm və ya fanatizm zəminində şəxsi hər hansı dinə etiqad etməyə məcbur edən şəxslər 5 ilədək müddətə azadlıqdan məhrum ediləcəklər.

ucarliyiq.bizun xəbərinə görə, bununla bağlı Cinayət Məcəlləsinin 167-1-ci maddəsinə yeni 4-ü bənd əlavə edilib.

Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan layihə barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Layihəyə əsasən, dini düşmənçilik, radikalizm və ya fanatizm zəminində şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə, dini ayin və mərasimlərdə iştirak etməyə, dini təhsil almağa məcbur edən şəxslərin 7000 manatdan 9000 manata qədər cərimələnməsi, 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum edilməsi nəzərdə tutulur.
Məcəllənin 214-cü (terrorçuluq) maddəsindəki dəyişikliyə əsasən, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəmnində törədilən əməllərə görə 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək.
Cinayət Məcəlləsinin 279-cu maddəsində edilən dəyişikliyə görə, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəmnində silahlı birləşmələr və ya qruplar yaratma, həmin birləşmə və ya qruplarda iştiraketməyə görə 6 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə tətbiq olunacaq.
Bundan başqa, məcəllənin 283-cü maddəsində də dəyişiklik edilib.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.