» » » Nataliya Krasovskaya: "Rusiya-Azərbaycan münasibətlərinin modeli uzunmüddətli əməkdaşlıq nümunəsidir"

Nataliya Krasovskaya: "Rusiya-Azərbaycan münasibətlərinin modeli uzunmüddətli əməkdaşlıq nümunəsidir"

Nataliya Krasovskaya: "Rusiya-Azərbaycan münasibətlərinin modeli uzunmüddətli əməkdaşlıq nümunəsidir"
Moskva. 29 oktyabr. REPORT.AZ/ "Biz beynəlxalq ictimaiyyətə uzunmüddətli əməkdaşlıq nümunəsi kimi Rusiya-Azərbaycan münasibətlərinin modelini təklif edirik".

Bunu ucarliyiq.biza müsahibəsində Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru, daha əvvəl Rusiya-Azərbaycan Dostluq Mərkəzinə başçılıq etmiş Nataliya Krasovskaya deyib.

"Biz xalq diplomatiyası sahəsində dostluq və əməkdaşlıq qrupu kimi yarandıq. Əsas vəzifəmiz təbii ki, Rusiya-Azərbaycan münasibətlərinin inkişafıdır. 25 illik müstəqillik tarixi ərzində Rusiya-Azərbaycan münasibətlərinin təcrübəsini diqqətlə öyrənmişik. Bu, çox təsirli materialdır. Tez-tez həm Rusiyada, həm də xaricdə keçirilən müxtəlif elmi konfranslar və forumlarda bu mövzuda hesabatlar təqdim edirəm", - deyə N.Krasovskaya bildirib.

Onun sözlərinə görə, mərkəzin digər vəzifəsi Sovet İttifaqının dağılmasından sonra yaranmış informasiya boşluğunu doldurmaqdır: "Ruslar qədim mədəniyyətə malik yaxşı qonşu, istirahət və səyahət üçün gözəl ölkə kimi Azərbaycan haqqında daha çox bilməlidirlər. Mətbuatda çoxsaylı məqalələrin dərc edilməsi, eləcə də Dövlət Dumasında, Moskvanın mərkəzində, "Etnomir"də təşkil etdiyimiz fotosərgi bu məqsədə xidmət edir".

Rusiya-Azərbaycan münasibətlərinin inkişafı mövzusuna toxunan N.Krasovskaya əlaqələrin bütün sahələrdə sürətlə inkişaf etdiyini vurğulayıb: "Bu həm xalqlarımızın istəyidir, həm də mənə elə gəlir ki, geosiyasi vəziyyət buna yol açır. İndi keçmiş İttifaq ölkələrinin çoxunda Rusiya ilə qarşılıqlı yaxınlaşma trendi formalaşıb. Amma bu proses xüsusilə Rusiya və Azərbaycan arasında qabarıq görünür. Bunun səbəbləri çoxdur: dil səddinin olmaması, tarixən yaranmış isti münasibətlər və mövcud iqtisadi potensial".

Mərkəzin direktoru son zamanlarda Rusiya vətəndaşlarının Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana marağının artdığını, bununla isə turist axının çoxaldığını bildirib.

"Artıq Azərbaycan barədə xoş sözlər turistlərin dillərindədir! Onların ölkədən xoş təəssüratlarla qayıtması dostlarını və yaxınlarının da Azərbaycanla maraqlanmasına gətirib çıxarır. Əlbəttə, turizmin müxtəlif növlərinin tərəfdarları üçün ölkəni daha da cəlbedici etmək üçün hələ çox səy göstərmək lazımdır. Hazırda turistlər əsasən Bakıya gedir. Amma Azərbaycanda inanılmaz gözəlliyə malik başqa yerlər də var. Ümumiyyətlə, Rusiya KİV-ində Azərbaycanın təbliğində Avropa Oyunları, Formula-1 və Bakıda keçirilmiş bir sıra başqa tədbirlər böyük rol oynayıb", - deyə N.Krasovskaya bildirib vurğulayıb.