» » » Əbülfəs Qarayev Tunis prezidenti ilə görüşüb

Əbülfəs Qarayev Tunis prezidenti ilə görüşüb

Əbülfəs Qarayev Tunis prezidenti ilə görüşüb
Tunis prezidenti Beji Kaid əs-Sebsi ISESCO-nun 12-ci Baş Konfransının prezidenti, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi İyad Amin Madani ve ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri ilə birlikdə qəbul edib.

ucarliyiq.biz Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Əbülfəs Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Tunis dövlət başçısına çatdıraraq iki dost ölkə arasında mədəniyyət və turizm sahələrində əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Nazir gələn il ölkəmizdə keçiriləcək İslam Həmrəylik Oyunları, Qərb dünyası ilə müsəlman ölkələri arasında münasibətlərin inkişafına töhfə verən Bakı prosesi, gələn il Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı və ISESCO arasında mövcud olan dərin əməkdaşlığı barədə Tunis prezidentinə məlumat verib.

Beji Kaid əs-Sebsi öz növbəsində ISESCO Təhsil Nazirlərinin I Konfransı münasibətilə hər üç qonağı təbrik edərək azərbaycanlı həmkarına səmimi salamlarını və hörmətini çatdırmağı xahiş edib.

Görüşdə, həmçinin İƏT ve ISESCO ilə əməkdaşlığın vəziyyəti barədə fikir mübadiləsi aparılıb.