» » » Moldovadakı prezident seçkiləri ilə bağlı Azərbaycandakı səfirlikdə keçirilən səsvermənin nəticələri açıqlanıb

Moldovadakı prezident seçkiləri ilə bağlı Azərbaycandakı səfirlikdə keçirilən səsvermənin nəticələri açıqlanıb

Moldovadakı prezident seçkiləri ilə bağlı Azərbaycandakı səfirlikdə keçirilən səsvermənin nəticələri açıqlanıb
Azərbaycanda yaşayan moldovalılar ölkələrində keçirilmiş prezident seçkilərində sosialistlərin namizədi İqor Dodonun və "Fəaliyyət və Həmrəylik" partiyasından olan Maya Sandunun namizədliyini dəstəkləyib.

Bu barədə ucarliyiq.biza Moldovanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, dünən Moldovanın Bakıdakı səfirliyində açılmış seçki məntəqəsində bu ölkənin Azərbaycanda olan və ya müvəqqəti yaşayan 28 vətəndaşı səs verib.

"Seçkilər sakit axarda keçib. Məntəqədə 3 müşahidəçi olub. İ.Dodon və M.Sandu demək olar, eyni sayda səs toplayıb. Başqa namizədlərə səs verənlər də olub", - səfirlikdən bildiriblər.

Qeyd edək ki, oktyabrın 30-da birbaşa seçki hüququ əsasında keçirilmiş prezident seçkilərində İqor Dodon 48,26%, Maya Sandu isə 38,42% səs toplayıb. 9 namizəddən heçm biri mütləq seçim üçün zəruri oılan 50%-lik həddə çatmadığından iki həftə sonra ölkədə seçkilərin ikinci turu keçirilməlidir. İkinci turda ilk mərhələdə ən çox səs toplamış iki namizəd, yəni elə İ.Dodonla M.Sandu yarışacaq.