» » » Azərbaycan - Böyük Britaniya hökumətlərarası komissiyasının iclası keçiriləcək

Azərbaycan - Böyük Britaniya hökumətlərarası komissiyasının iclası keçiriləcək

Azərbaycan - Böyük Britaniya hökumətlərarası komissiyasının iclası keçiriləcək
Bakıda 2017-ci ilin fevralında ikinci Azərbaycan - Böyük Britaniya hökumətlərarası komissiyasının iclası keçiriləcək.

ucarliyiq.biz xəbər verir ki, tədbirin keçirilməsinə hazırlıq məqsədilə Böyük Britaniyanın Qiymətli Kağızlar və İnvestisiyalar Kral İnstitutu "Chartered"in sədri, Londonun keçmiş meri Alan Yarrou Londonda Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələri ilə görüşüb.

Qeyd edək ki, Azərbaycan - Böyük Britaniya hökumətlərarası komissiyasının ilk iclası bu ilin əvvəlində Londonda keçirilib.

Bundan əlavə, A.Yarrou Böyük Britaniya və Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsi məqsədilə 2015-ci ilin iyun ayında Bakıya səfər edib.