» » » Braziliya Deputatlar Palatasının sədri "Azərbaycan Prezidentinin fəxri diplomu" ilə təltif olunub

Braziliya Deputatlar Palatasının sədri "Azərbaycan Prezidentinin fəxri diplomu" ilə təltif olunub

Braziliya Deputatlar Palatasının sədri "Azərbaycan Prezidentinin fəxri diplomu" ilə təltif olunub
Azərbaycan Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

ucarliyiq.bizun verdiyi xəbərə görə, sərəncamda deyilir ki, Azərbaycan Respublikası ilə Braziliya Federativ Respublikası arasında dostluq əlaqələrinin inkişafında xidmətlərinə görə Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Maya “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.