» » » Bakıda Azərbaycan-Rusiya regionlararası forumu başlayıb

Bakıda Azərbaycan-Rusiya regionlararası forumu başlayıb

Bakıda Azərbaycan-Rusiya regionlararası forumu başlayıb
Bakıda sayca 7-ci Azərbaycan-Rusiya regionlararası forumu başlayıb.

ucarliyiq.biz xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putinin forum iştirakçılarına ünvanlanmış məktubları oxunacaq.

Bundan sonra Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin, Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Aleksandr Tsıbulskinin, Rusiya və Azərbaycan səfirlərinin, Xaçmaz və Nərimanov rayonlarının icra hakimiyyəti başçılarının çıxışı planlaşdırılır.

Forumda dəyirmi masalar çərçivəsində müzakirələr aparılması planlaşdırılır. Müzakirələrdə Rusiya və Azərbaycanın regionlarının turizm imkanları, turizm sahəsindəki layihələri, iki ölkənin sənaye potensialının inkişafı təqdim olunacaq.

Tədbirin sonunda forumun nəticələri üzrə yekun çıxış olacaq.

Xatırladaq ki, 6-cı Azərbaycan-Rusiya regionlararası forumu Qəbələdə keçirilib.