» » » Erməni silahlı bölmələri oktyabr ayında atəşkəs rejimini 628 dəfə pozub

Erməni silahlı bölmələri oktyabr ayında atəşkəs rejimini 628 dəfə pozub

Erməni silahlı bölmələri oktyabr ayında atəşkəs rejimini 628 dəfə pozub
Erməni silahlı bölmələri oktyabr ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 628 dəfə pozub.

ucarliyiq.bizun xəbərinə görə, atəşkəs rejimi ən çox oktyabrın 31-də pozulub.

Həmin gün erməni silahlı bölmələri atəşkəsi 45 dəfə pozub.

Oktyabrın 5-də axşam saatlarında qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycanın mövqelərini atəşə tutması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Məmmədov Sahil Sabir oğlu şəhid olub.

Bu müddət ərzində, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində iki monitorinq keçirilib, monitorinqlər insidentsiz başa çatıb.