» » » Səfir: "Azərbaycan-Rusiya Regionlararası Forumu əməkdaşlığın genişləndirilməsi yollarının axtarışı üçün unikal meydandır"

Səfir: "Azərbaycan-Rusiya Regionlararası Forumu əməkdaşlığın genişləndirilməsi yollarının axtarışı üçün unikal meydandır"

Səfir: "Azərbaycan-Rusiya Regionlararası Forumu əməkdaşlığın genişləndirilməsi yollarının axtarışı üçün unikal meydandır"
"Azərbaycan-Rusiya Regionlararası Forumu əməkdaşlığın genişləndirilməsi yollarının axtarışı üçün unikal meydandır".

ucarliyiq.biz xəbər verir ki, bunu 7-ci Azərbaycan-Rusiya Regionlararası Forumunda Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib.

Çıxışı zamanı səfir forum iştirakçılarının sayının çox olmasından məmnunluğunu dilə gətirib: "Forumun iştirakçılarının siyahısına baxdım və şadam ki, regionumuzda ölkələr arasında bir-birinə qarşılıqlı maraq göstərilməsi faktı qorunur".

V.Doroxin eyni zamanda qlobal iqtisadi böhranın mövcudluğunu qeyd edərək bu gün bir çox dövlətlərin büdcələrini yenidən nəzərdən keçirdiyini bildirib: "Lakin bu, mövcud imkanlardan istifadə üçün səbəb olmalıdır".