» » » ABŞ rəsmisi: "Hərbi sahədə Azərbaycanla uğurlu və uzunmüddətli əməkdaşlığımız var"

ABŞ rəsmisi: "Hərbi sahədə Azərbaycanla uğurlu və uzunmüddətli əməkdaşlığımız var"

ABŞ rəsmisi: "Hərbi sahədə Azərbaycanla uğurlu və uzunmüddətli əməkdaşlığımız var"
"ABŞ-ın hərbi sahədə Azərbaycanla uğurlu və uzunmüddətli əməkdaşlığı var. Düşünürəm ki, bu, gələcəkdə də davam edəcək".

ucarliyiq.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Maykl Karpenter deyib.

M.Karpenter Bakıda keçirdiyi görüşlər barəsində də danışıb: "Dünən müdafiə naziri, baş nazirin müavini və Dövlət Sərhəd Xidmətinin rəhbəri ilə görüş keçirdik. Bizim Azərbaycanla çox uğurlu, xüsusən də kibertəhlükəsizlik sahəsində tarixi əməkdaşlığımız var".