» » » Məzahir Pənahov Avstriyaya gedib

Məzahir Pənahov Avstriyaya gedib

Məzahir Pənahov Avstriyaya gedib
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov noyabrın 2-də Vyanada seçkilərlə bağlı keçirilən tədbirdə iştirak etmək məqsədilə Avstriyaya rəsmi səfərə gedib.

Bu barədə ucarliyiq.biza Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) tərəfindən təşkil edilən və seçki idarəetmə qurumlarının, beynəlxalq təşkilatların rəhbərlərinin qatıldığı tədbir seçkilərlə əlaqədar müxtəlif məsələlərin və ölkələrin əldə etdiyi yaxşı təcrübələrin müzakirəsinə həsr olunub.

ATƏT/DTİHB-nin direktoru Mixael Linkin dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahovun müxtəlif ölkələrin ali seçki qurumlarının və beynəlxalq təşkilatların rəhbərləri, eləcə də digər rəsmi şəxslərlə görüşlər keçirməsi, qurumlararası qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və maraq doğuran digər məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.

Səfər çərçivəsində MSK sədrini Komissiya Katibliyinin müdiri Rövzət Qasımov müşayiət edir.