» » » Elmar Məmmədyarov Misir prezidenti ilə görüşüb

Elmar Məmmədyarov Misir prezidenti ilə görüşüb

Elmar Məmmədyarov Misir prezidenti ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Misirə rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Əbdül Fəttah əs-Sisi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ucarliyiq.biza verilən məlumata görə, E.Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və məktubunu Misirin dövlət başçısına çatdırıb.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlıqdan və qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub. Əbdül Fəttah əs-Sisi Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrini yüksək qiymətləndirib və islam həmrəyliyinin vacibliyini qeyd edib. Görüşdə İslam dininin sülh, həmrəylik və tolerantlıq dini olduğu qeyd olunub.

E.Məmmədyarov gələn il Azərbaycanda IV İslam Həmrəyliyi oyunlarının keçiriləcəyini diqqətə çatdırıb və Misir idmançılarını oyunlarda yaxından iştiraka dəvət edib. Nazir Azərbaycanın mədəniyyətlər və sivilizasiyalararası dialoqun gücləndirilməsinə verdiyi töhfələri barəsində danışıb.

Görüş zamanı Azərbaycanla Misir arasında iqtisadi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub, enerji sahəsində SOCAR ilə EGPC ilə qurulan 6 illik əməkdaşlıq yüksək qiymətləndirilib və bu əməkdaşlığın böyük perspektivlərinin olduğu diqqətə çatdırılıb.

Görüşdə ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.