» » » Ümit Yardım: "Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında Azərbaycan mühüm rol oynayıb"

Ümit Yardım: "Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında Azərbaycan mühüm rol oynayıb"

Ümit Yardım: "Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında Azərbaycan mühüm rol oynayıb"
Moskva. 2 noyabr. REPORT.AZ/ "Rusiya və Türkiyə arasındakı münasibətlər ideala yaxındır. Təyyarə olayının ardından yaranmış böhrandan sonra bu münasibətlər sürətlə inkişaf edir. Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında Azərbaycan mühüm rol oynayıb".

Bunu ucarliyiq.biza açıqlamasında Türkiyənin Rusiyadakı səfiri Ümit Yardım deyib.

Onun sözlərinə görə, Rusiya və Türkiyə bir çox məsələlər, o cümlədən bir sıra regional münaqişələr üzrə tam qarşılıqlı anlaşma əldə edib.

Diplomat Türkiyə, Azərbaycan və Rusiya prezidentlərinin İstanbulda keçirilən Enerji Sammitində qeyri-rəsmi danışıqlar aparmasının bu ölkələrin xalqları və bütün dünya üçün yaxşı işarə olduğunu bildirib.

"Azərbaycan bizə qardaş ölkədir. Bir müddət Azərbaycanda diplomat kimi fəaliyyət göstərmişəm və ölkələrimizin, xalqlarımızın necə bir-birinə yaxın olduğunu görmüşəm. Biz həmişə Azərbaycan xalqının uğuruna sevinir, acısına şərik oluruq. Dağlıq Qarabağ münaqişəsinin tezliklə və ədalətli həllinə inanırıq" - Ümit Yardım vurğulayıb.